Xlamidioz


Xlamidioz (Chlamidia Trachomatis) – cinsi yolla keçən, ən geniş yayılmış, infeksion-zöhrəvi xəstəlikdir.  Xlamidiozla yoluxmanın əsas yolları: vaginal, oral, anal cinsi əlaqə. Lakin yoluxma kontakt-məişət yolu ilə də baş verə bilər. Müəyyən olub ki, 18 – 19oC xlamidiyalar məişət əşyaların, o cümlədən pambıq parçaların üzərində öz yoluxdurucu xüsusiyyətlərini qoruyub, saxlayırlar. İnkubasiya dövrü –bir həftədən bir aya kimi və daha çox təşkil edə bilər. Xlamidiya infeksiyası sidik kanalının yüngül iltihabı kimi keçə bilər. Sidik kanalından az miqdarda şəffaf ifrazatın əmələ gəlməsi, uretra dodaqlarının bitişməsi müşahidə oluna bilər. Sidik ifrazı zamanı qaşınma, göynəmə, adətən güclü olmayan ağrılar qeyd oluna bilər. Ağrı sidik kanalında, xayalıqda, xayalarda, bel nahiyyəsində ola bilər. Sidiyin tündləşməsi, iriniləşməsi müşahidə oluna bilər. Əksər hallarda xlamidioz simptomsuz keçir və məhz bu səbəbdən çox vaxt xroniki formaya  keçərək, müxtəlif fəsadların yaranmasına səbəb olur:

  1. Prostatit
  2. Epididimit
  3. Orxit
  4. Uretrit
  5. Sistit
  6. Vezikulit
  7. Sonsuzluq

Müalicə hər iki cinsi partnyor arasında tətbiq olunmalıdır. Müalicə zamanı alkoqol içkilərdən, duzlu və acılı yeməklərdən imtina etmək, cinsi həyatı isə dayandırmaq lazımdır. Müalicə antibakterial vasitələrlə, immunostimulyatorlarla aparılır. Xroniki xlamidiozun müalicəsinə fizioterapevtik prosedurlarda əlavə olunur. Hər pasiyent üçün xüsusi kurs müalicə tətbiq olunmalıdır. Təkrari analizlər müalicə bitdikdən 1-2 ay sonra aparılır. Təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, prezervativ effektiv vasitə olsada, zöhrəvi infeksiyalarda 100%-lik müdafiyəni təmin edə bilməz.
Daimi cinsi partnyor – Sizin sağlamlığınızın qarantıdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur