Vezukilit


Vezukulit – toxum kisəsinin iltihabıdır.
Vezukulitin yaranma səbəbi – toxum kisəciklərinə qan vasitəsilə və ya prostat vəzidən toxumdaşıyıcı axacaq ilə prostatit, uretrit, orxit və ya epididimit zamanı daxil olan infeksiyadır. Toxum kisəciklərinin iltihabı xəstəliklərinə cinsi yolla keçən və ya digər mikroorqanizmlər (stafilakok, bağırsaq çöpü və s.), qrip, angina və s. kimi ümumi-infeksion xəstəliklərdə səbəb ola bilər.
Vezukulitin inkişafına səbəb olan faktorlar:

  1. Ümumi soyuqdəymə
  2. Qəbzlik
  3. Az hərəkətli həyat tərzi
  4. Oturaq iş
  5. Nizamsız cinsi həyat
  6. Xroniki iltihabi xəstəliklər
  7. İmmun sistemin zəifləməsi

Təcrid olunmuş halda vezukulitə  az rast gəlinir, əksər hallarda prostatitlə, uretritlə, orxitlə və epididimitlə müşayiət olunur.
Xəstəliyin 2 forması var: kəskin və xroniki.
Kəskin vezukulit: İntoksikasiya simptomları – zəiflik, yorğunluq, yüksək hərarət, titrəmə, başağrısı. Qasıq nahiyyəsində, aralıqda, düz bağırsaq nahiyyəsində, qarının aşağı hissəsində, qasıq sümüyünün üstündə oma sümüyünə və belə irradiasiya edən bir və ya hər iki tərəfli ağrılar. Defekasiya aktı, sidik kisəsinin dolması və eyakulizasiya zamanı ağrılar artır. Tez- tez sidiyə getmə, tez-tez və davamlı gecə ereksiyaları, defekasiya zamanı axıntı, spermada qan izləri müşahidə oluna bilər.
Xroniki vezukulit: Qasıqda, aralıqda, oma sümüyündə, düz bağırsaq nahiyyəsində, cinsiyyət orqanlarına irradiasiya edə bilən periodik, küt, sızıldayan, ağrılar. Tez –tez sidiyə çıxma, ağrılı ereksiyalar, davamlı gecə ereksiyaları, orqazm keyfiyyətinin yox həddinə qədər enməsi. Tezləşmiş və ağrılı eyakulyasiya, spermada qan izləri. Ağırlaşmalar- toxum kisəciklərinin tamamilə irinlə dolması və dartılması.
Yüksək bədən hərarəti ilə müşahidə olunan kəskin vezukulitin müalicəsi: yataq rejimi, geniş spektra malik olan antibakterial vasitələrin və ağrıkəsici preparatların tətbiqi. Ağrılı defekasiya aktını yüngülləşdirmək üçün işlədici vasitələr və rektal şamlar təyin olunur. Hərarət normallaşdıqdan sonra fizioterapiya, isti vannalar, aralıq nahiyyəsinə qrelka, mikroklizmalar təyin olunur.
Ağırlaşmalar zamanı toxum kisəsinin punksiyası aparılır, irin xaric olunur, boşluğa drenaj  boru yeridilir.
Xroniki vezukulitin müalicəsi adətən uzunmüddətlidir. Bəzi hallarda irinin yarılmasına və ya toxum kisəsinin götürülməsinə ehtiyac olur.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur