Varikosel


Varikosel – toxum ciyəsi venalarının genişlənməsidir.
Əksər hallarda genişlənmə soltərəfli, nadir hallarda ikitərəfli və ya sağtərəfli olur. Xəstəliyin 4 dərəcəsi mövcuddur. Əsas əlamətlər xayalarda ağrı və xoşagəlməz hissdir, lakin kişilərin yarısında xəstəlik onun dərəcəsindən aslı olmayaraq əlamətsiz keçir. Müayinə zamanı varikosel  2-ci mərhələdə olan  zaman aşkarlana bilər. Əlavə olaraq ultrasəs müayinəsi aparılır.
Varikoselin sonsuzluğa səbəb olması onunla izah olunur ki, maye praktiki olaraq sıxılmır və bu səbəbdən qanın əks axını nəticəsində yaranan təzyiq bütün istiqamətlərə ötürülür. Tədricən yüksək təzyiq nəticəsində venoz damarların ölçüləri artır və venalar genişlənir. Xaya ətrafı venoz şəbəkə get- gedə artır və nəticədə xaya venoz  damarlardan ibarət olan süngərə bürünmüş olur. Xaya ətrafında yaranan venoz damarlardan ibarət olan qan “yastığı “ xayalığın termonizamlayıcı funksiyasının itməsinə və xaya temperaturnun yüksəlməsinə səbəb olur. Nəticədə spermatozoidlərin əmələ gəlməsi üçün lazım olan aşağı temperatur olmadığından, normal spermotegenez zəifləyir. Məhz buna görə varikosel kişi sonsuzluğunun əsas faktorlarından biridir.
Beləliklə varikosel zamanı sonsuzluq faktorlarına aşağdakılar aiddir:

  1. Testikulyar (xaya) temperaturun bədən temperaturuna qədər artması.
  2. Bioloji aktiv maddələrin böyrək və böyrəküstü vəzilərdən xayalara reflüksu (atılması).
  3. Xayanın hipoksiyası (işemiyası).
  4. Xaya toxumasında onu zədəliyən sərbəst radikalların toplanması.

Varikoselin tək effektiv müalicə üsulu - cərrahi üsuldur.
Cərrahi üsul əsasən sonsuzluq, ağrı, venaların varikoz genişlənməsinin artımı zamanı tətbiq olunur. Cərrahi müdaxilə xəstəliyin başlanmasından 5 ildən az vaxt keçdikdə effektiv ola bilər.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur