Ureaplazmoz


Ureaplazmoz (Ureaplasma urealyticum) – cinsi yolla keçən xəstəlikdir. Yoluxmanın əsas yolları: vaginal, oral, anal cinsi əlaqə. Kontakt-məişət yol ilə yoluxma az təsadüf olunur.
Yoluxmadan ilkin əlamətlərin əmələ gəlməsinə qədər adətən 5 gündən 1 aya qədər vaxt keçə bilər. Ureaplazmanın gizli dövrü daha uzunmüddətli ola bilər, bəzən bir neçə aya qədər. Kişilərdə xəstəliyin simptomları – sidik kanalından bulanlıq ifrazat. Əksər hallarda ureaplazmoz simptomsuz keçir. Xəstəlik xroniki formaya keçdikdə sidik-cinsiyyət orqanlarını zədəliyir. Bəzi tədqiqatlarda müəyyən olunub ki,  ureaplazmalar spermatazoidlərin üzərində fiksasiya olaraq, onların hərəki aktivliyini poza, bəzən isə onları zədəliyə bilərlər, bu da sonsuzluqla nəticələnə bilər. 
Ureaplazmalar aşağıdakı xəstəliklərə səbəb ola bilərlər:

  1. Prostatit
  2. Uretrit
  3. Sistit
  4. Orxit
  5. Epididimit
  6. Sonsuzluq

Ureaplazmanın müalicəsi, iltihabi prosesin lokalizasiyasından asılı olaraq, kompleks şəklində aparılır. Müalicədə ureaplazama infeksiyasını məhv etmək üçün - antibakterial vasitələrdən,orqanizmin müdafiə faktorlarını aktivləşdirmək üçün – immunomodulyatorlardan istifadə olunur. Müalicənin konkret sxemi dəqiq diaqnoz  qoyulduqdan sonra tərtib olunur. Müalicə zamanı alkoqol içkilərdən, duzlu və acılı yeməklərdən imtina etmək, cinsi həyatı isə dayandırmaq lazımdır. İdmanla məşqul olmaq və ağırlıq qaldırmaq məsləhət görülmür. Müalicə bitdikdən sonra xəstələr 2-3 ay ərzində həkim nəzarətində olmalıdırlar. Təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, prezervativ effektiv vasitə olsada, zöhrəvi infeksiyalarda 100%-lik müdafiyəni təmin edə bilməz.
Daimi cinsi partnyor – Sizin sağlamlığınızın qarantıdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur