Sitomeqalovirus


Sitomeqalovirus (Cytomagalovirus hominis) - herpes ailəsindən olan, virus tərəfindən törədilən, geniş yayılmış infeksion-virus xəstəliyidir. Xəstəlik simptomsuz gedişata, daxili orqanları və mərkəzi sinir sistemini zədələmə qabiliyyətinə malikdir. Sitomeqalovirus orqanizmə bir dəfə daxil olarsa əbədi olaraq orada qalır.
Normal immunitetə sahib olan insanlarda sitomeqalovirus əksər hallarda orqanizmə heç bir ziyan vurmadan simptomsuz keçir. Sitomeqalovirus qanda, spermada, tüpürcəkdə, süddə ola bilər.
 Yoluxma aşağıdakı yollarla baş verə bilər:
1. Cinsi
2. Hava-damcı
3. Qan köçürmə
4. Doğuş zamanı
5. Yoluxmuş ana südü ilə
Sitomeqalovirus infeksiyasının müalicəsi virusəleyhinə və immunostimulyator preparatlarla aparılır.
Həmçinin onu da qeyd etmək lazımdır ki, müasir müalicə üsullarının heç biri bu virusdan tamamilə azad olmağa imkan yaratmır.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur