Qonoreya


Süzənək  (Gonorrhea – toxumun axması, sinonim – tripper, süzənək).
Qonoreya klassik venerik xəstəliklər arasında ən geniş yayılan xəstəlikdir. Qonoreya qonokokklar tərəfindən törədilir. Əsasən cinsi yolla keçən spesifik infeksion xəstəlikdir. Yoluxma vaginal, oral və anal cinsi əlaqə zamanı baş verir. Qonoreya ağır nəticələri ilə təhlükəlidir: sonsuzluq, erektil disfunksiya və s.
İnkubasiya (gizli) dövrü adətən bir neçə saatdan 20-40 günədək davam edə bilər. 2 aya qədər davam edən qonoreya təzə adlanır, kliniki mənzərəyə görə kəskin, yarımkəskin və torpid (süst, az simptomlu) gedişatlar mövcuddur. 2 aydan artıq davam edən süzənək xroniki adlanır. Xroniki qonoreya zahirən torpid təzə uretriti xatırladır. Təxminən xroniki qonoreya ilə xəstələrin 50%-nin heç bir şikayəti olmur və onlar özlərini xəstə hesab etmirlər. Belə hallarda xroniki qonoreyanın aktiv aşkarlanması lazımdır. Süzənək ilk öncə sidik kanalının seliyli qişasını zədələyir. Digər zədələnmələr burun-udlaq, badamcıqlar, konyuktiva bəzən düz bağırsağı əhatə edir.
Kişilərdə süzənəyin ilkin əlamətləri - sidik kanalında ağ-sarı axıntılar, ağrı, sancı, göynəmə kimi özünü biruzə verir.
İlk öncə iltihabi proses yalnız sidik kanalının selikli qişasının ön hissəsini zədələyir (ön uretrit). Vaxtında həkimə müraciət etdikdə qısa bir müddətdə müalicə olunmaq olar. Müalicə almadıqda isə qonokokklar arxa uretraya çataraq, sidik kanalının selikli qişasının total iltihabına səbəb olurlar. Sidik ifrazına çağırışların sayı artır. Sidik kanalında göynəmə və sancılar güclənir.  Bir çox kişilərdə süzənək infeksiyası başlanğıcdan sidik kanalında cuzi iltihabi dəyişikliklər yaradır (süzənəyin torpid forması). Axıntılar çox cüzi, yalnız səhər az bulanlıqlı damcı şəklində olur.
Ən ağır ağırlaşmalara prostat vəzin iltihabı (prostatit), xaya artımının iltihabı (epididimit), toxum kisəsinin iltihabı (vezikulit) və sidik kanalının mənfəzinin daralması aiddir. Bu ağırlaşmalara spirtli içkilərin qəbulu, soyuqdəymə, ağır fiziki yüklənmələr səbəb olur.
Müalicə: süzənəyin əsas müalicəsi antibakterial vasitələrlə aparılır. Süzənəyə yenidən yoluxma daha ağır olur və bir çox fəsadlarla nəticələnir. Təzə süzənək vaxtında və düzgün müalicə olunsa  bir neçə gün ərzində müalicə olunur. Xəstəlik 2 aydan çox sürdükdə və ya müalicə effektiv olmadıqda xəstəlik xroniki formaya keçir və müalicə müddəti uzanır.
Süzənəyin xroniki formalarının müalicəsi immunostimulyatorlarla, güclü antibakterial vasitələr ilə aparılır. Paralelel olaraq, fizoterapevtik prosedurlar təyyin olunur (“Mavit” aparatı ilə, barmaq ilə prostat vəzin rektal masajı və digər fizioterapevtik prosedurlar).
Müalicə zamanı alkoqol içkilərdən, duzlu və acılı yeməklərdən imtina etmək, cinsi həyatı isə dayandırmaq lazımdır. İdmanla məşqul olmaq və ağırlıq qaldırmaq məsləhət görülmür. Müalicə bitdikdən sonra xəstələr 2-3 ay ərzində həkim nəzarətində olmalıdırlar. Təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, prezervativ effektiv vasitə olsada, zöhrəvi infeksiyalarda 100%-lik müdafiyəni təmin edə bilməz.
Daimi cinsi partnyor – Sizin sağlamlığınızın qarantıdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur