QİÇS


QİÇS  (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) – tədriclə proqressivləşən, immun sistemin funksiyasının pozulması ilə xarakterizə olunan xəstəlikdir.
1982-ci ildə alimlər müəyyən etmişdirlər ki, QİÇS-na səbəb insanın immun sisteminin hüceyrələrini zədələyən və orqanizmi xəstəliklərdən qorunmaq imkanından məhrum edən virusdur.
Əsas yoluxma yolları:

  1. Cinsi yol – genital, oral, anal
  2. İnyeksion və instrumental  - qeyri-steril iynə, şpris, kateterlədən və s. istifadə zamanı
  3. Hematransfuzion - yoluxmuş qanın köçürülməsi nəticəsində
  4. Perinatal – transplasentar – yoluxmuş anadan; intranatal – uşağın ananın infeksiyalaşmış doğuş yollarından  keçdiyi zaman
  5. Transplantasion – yoluxmuş sperma ilə süni inseminasiya, yoluxmuş orqanların transplantasiyası
  6. Südlə - uşağın yoluxmuş ana südü ilə qidalanma zamanı
  7. Profesional və məişət  - zədələnmiş dəri örtüklərin və selikli qişaların İİV-na yoluxmuş  xəstələrin qanı və ya ifrazatı ilə təması zamanı.

İİV –hava-damcı, məişət-kontakt yolu ilə tüpürcəklə, həmçinin su və qida ilə keçmir. Tüpürcək yalnız onda qan olan zaman təhlükəli ola bilər. Həmçinin İİV həşaratların sancması zamanı da təhlükə törətmir.
QİÇS-un əlamətlərinə aiddir :

  1. 1 ayadan çox davam edən naməlum etiologiyalı hərarət
  2. Ümumi halsızlıq
  3. Baş ağrısı
  4. Yorğunluq
  5. Uzunmüddətli diareya (1-2 aydan artıq)
  6. Bədən çəkisinin izaholunmaz itgisi (10% və daha artıq)
  7. Standart müalicəyə davamlı pnevmoniya
  8. Uzunsürən, təkrarı və adi müalicəyə tabe olmayan ağciyərlərin iltihabı
  9. Bronx və ağciyərlərin kandidozu
  10. Daimi öskürək (1 aydan çox davam edən)
  11. 2 və ya daha çox qrup limfa düyünlərinin böyüməsi (1 aydan artıq)

Xəstəliklə mübarizədə əsas istiqamət – virusun artıb çoxalmasının qarşısını almaqdır. Bu bir neçə dərman vasitəsinin eyni zamanda istifadəsi  ilə həyata keçirilir. İİV retrovirus olduğundan, onun müalicəsində virusəleyhinə preparatlardan istifadə olunur. Bu preparatlar konkret olaraq virusa təsir göstərib, onun artıb çoxalmasının qarşısını alırlar. İİV-un müalicə metodları hal-hazırda intensiv olaraq  işlənib hazırlanmaqdadır. QİÇS-un müalicə metodlarının kompleksi sağalmanı təmin etmir. Yalnız kliniki əlamətləlri zəiflətmək, QİÇS - na yoluxmuş xəstələrin ömrünü uzatmaq mümkündür. Bu günkü gündə QİÇS-un  müalicəsində yetərincə dərman vasitələrindən və müalicə metodlarından istifdə olunmasına baxmayaraq, tam sağalmaya nail olmaq mümkün deyil.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur