Qardnerella


Qardnerella (Gardnerella  vaginalis) – uşaqlıq yolunun disbakteriozu nəticəsində yaranır. Qardnerellalar – qardnerellyoz törədiciləri olub, kişilərdə də iltihabi proseslərə səbəb ola bilər. Qardnerellalar kişi cinsiyyət sisteminə birbaşa olaraq cinsi əlaqə zamanı düşürlər. Qadınlardan fərqli olaraq, kişilərdə qardnerellyoz cinsi infeksiyalara aid edilir. Kişilərdə 90% hallarda qardnerellyoz özünü biruzə vermir və bu səbəbdən təhlükəli hesab olunur, çünki kişilər özləri də bilmədən qadın cinsi partnyorlarını  xəstəliyə yoluxdururlar. Cinsi əlaqə zamanı qardnerellalar sidik kanalına düşərək, selikli qişada ləng gedişatlı iltihabı reaksiyaya səbəb olurlar. Bu zaman cinsiyyət orqanından xəstəni az narahat edən cüzi yaşıl axıntı müşahidə oluna bilər. Daha ağır hallarda qeydə alınır. Bəzən qardnerellalar uretritə səbəb olurlar, bu da sidik ifrazı zamanı göynəmə və ağrı  ilə özünü göstərir. Teoretik olaraq, kişilərdə qardnerellyoz inkişafı aşağıdakı fəsadlara səbəb ola bilər:

  1. Prostatit
  2. Sistit
  3. Epididimit
  4. Piyelonefrit

Lakin, kişilərdə qardnerellyoz ağırlaşma təhlükəsi çox aşağıdır. Hər bir halda kişilərdə qardnerellyozun müalicəsi mütləqdir. Müalicə immunomodulyatorlarla, yerli terapevtik manipulyasiya və digər üsullarla aparılır.
Müalicə zamanı alkoqol içkilərdən, duzlu və acılı yeməklərdən imtina etmək, cinsi həyatı isə dayandırmaq lazımdır. İdmanla məşqul olmaq və ağırlıq qaldırmaq məsləhət görülmür. Müalicə bitdikdən sonra xəstələr 2-3 ay ərzində həkim nəzarətində olmalıdırlar. Təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, prezervativ effektiv vasitə olsada, zöhrəvi infeksiyalarda 100%-lik müdafiyəni təmin edə bilməz.
Daimi cinsi partnyor – Sizin sağlamlığınızın qarantıdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur