Prostatit


Prostat vəzi kişi reproduktiv sisteminin ən vacib orqanlarından biridir. Bu kiçik, qoz boyda olan və formasına görə şabalıda bənzər orqan, spermanın normal tərkibini təmin edir. Eyni zamanda bu orqanda bir sıra bioloji aktiv maddələr əmələ gəlir.
Prostat vəzi sidik kisəsinin boyun nahiyyəsinin altında yerləşərək, sidik kanalının başlanğıc hissəsini əhatə edir. Arxadan  prostat vəziyə düz bağırsaq bitişir.
Vəzin əsas funksiyası – xüsusi şəffaf, zəif qələvi mayeni - prostat şirəsini hasil etməkdir, hansı ki spermanın əsas həcminin 30% təşkil edir.
Prostatit – prostat vəzin iltihabıdır, kişilər arasında ən geniş yayılmış uroloji xəstəlikdir. Prostatitin əsas səbəbi - vəziyə infeksiyanın daxilidir. İnfeksiya vəziyə aşağıdakı yollarla daxil ola bilər:

  1. Sidik kisəsindən
  2. Sidik kanalından
  3. Düz bağırsaqdan
  4. Kiçik çanağın qan və limfa damarları ilə
  5. Cinsi akt zamanı

O cümlədən prostatin yaranmasına aşağıdakı amillər səbəb ola bilər:

  1. Orqanizmin ümumi soyuqlaması
  2. Nəcislə bağlı problemlər
  3. Oturaq həyat tərzi
  4. Qeyri-müntəzəm cinsi həyat
  5. Az hərəkətli həyat tərzi
  6. Keçirilmiş xroniki-iltihabı xəstəliklər
  7. Stress
  8. Az yatma
  9. Qeyri-düzgün qidalanma

Bütün bu faktorlar mikrobların prostat vəziyə keçməsinin asanlaşmasına, kiçik çanaq orqanlarının qanla təchiz olunmasının pozulmasına səbəb olur, buda, öz növbəsində, mikroorqanizmlərin artması və iltihabi prossesin yaranması ilə nəticələnir.  
Prostatitin 2 gedişat növü mövcuddur: kəskin və xroniki.
Kəskin prostatitin simptomları:

  1. Hərarət
  2. Aralıq, qasıq nahiyəsində, qasıq üzərində şiddətli ağrılar
  3. Sidik ifrazı zamanı ağrılar
  4. Potensiyanın enməsi
  5. Halsızlıq

Xroniki prostatitin simptomları:

  1. Aralıq, qasıq nahiyəsində, qasıq üzərində yaranan və tez bir zamanda keçən ağrılar
  2. Cinsi həvəsin (libidonun) enməsi
  3. Cinsi aktın müddətinin dəyişilməsi
  4. Seksual duyğu parlaqlığının azalması
  5. Sidik kanalından ifrazatın xaric olması

Prostatitin müalicəsi kompleks şəklində aparılmalıdır.

  1. Antibakterial müalicə.

Prostatit infeksion xəstəlik olduğundan antibakterial vasitələrin istifadəsi mütləqdir.
Antibakterial terapiya üçün nəzərdə tutulmuş preparatların müalicə sxemi və dozalanma qaydası çox diqqətlə seçilib, tətbiq olunmalıdır. 

  1. Prostat vəzin masajı.

Masajın prostat vəziyə təsiri vəzidə toplanmış iltihablaşmış ifrazatın barmaqla sıxılmasından ibarətdir. Prostat vəzin masajı onun qan dövranını yaxşılaşdırır və antibakterial vasitələrin təsirini gücləndirir.

  1. Fizioterapiya.

Fizioterapiya üçün elektromaqnit titrəmələr, ultrasəs dalğalar, lazerlə təsir, düz bağırsaqda hərarət artımı kimi üsullardan istifadə oluna bilər. Bu günkü gündə fizioterapevtik aparatlardan ən yaxşısı “Mavit” sayılır. Prostat vəziyə isti, maqnit, vibromasajın kombinə olunmuş təsiri kompleks müalicədə daha yaxşı effekt göstərir.

  1. İmmunostimulyasiya.

İmmun sisteminin stimulyasiyası üçün immunostimulyatorlar, vitamin kompleksləri təyin olunur. Eyni zamanda idmanla məşqul olmaq, gəzintilər, yataq rejimi, düzgün qidalanma mütləqdir.
Profilaktika:
Sonda, öz səhhətlərinə laqeyd yanaşmayan kişilərə məsləhət görərdik ki, çalışın soyuqlamayasız, soyuq daş, oturacaq, bordyurlar və s. üzərində oturmayın. Əgər işiniz oturaq işdirsə, çalışın hər saat durub gəzişəsiz. Qəbizlik zamanı işlədici vasitələrdən istifadə edəsiz. Müntəzəm cinsi həyat sürməyə çalışın. Hər hansı bir narahtçılıq hiss etdikdə dərhal mütəxəssisə müraciət edin. Özünü müalicə ilə məşqul olmayın və hər şeyi öz axarına buraxmayın. Düzgün qidalanmğa və aktiv həyat tərzi sürməyə çalışın.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur