Papilmo


İnsan papillomavirusu ( HPV- Human  Papillomavirus) - ən çox yayılmış cinsi yolla keçən xəstəliklərdən biridir. Bu virus mənşəli xəstəlik olub, insan papilloma virusu (İPV) tərəfindən törədilir. İPV – nun 100-dən artıq növü mövcuddur. Onların 40 – dan çox növü cinsiyyət orqanlarını,  arxa keçəcəyi zədəliyir, kişi və qadınlarda kəskin uclu  kandilomaların  əmələ gəlməsinə səbəb olur. Onlardan bəziləri zərərsizdir, bəziləri ziyil, bəziləri isə xərçəngə səbəb ola bilər. İnkubasiya dövrü uzunmüddətlidir - bir neçə gündən bir neçə ilə kimi. Papillomavirus infeksiyası üçün gizli gedişat xarakterikdir. İnsan eyni zamanda paillomavirusun bir neçə növünə yoluxa bilər. Müxtəlif faktorların təsiri nəticəsində virusun aktivləşməsi, onun tez bir zamanda yayılması və xəstəliyin kliniki əlamətlər mərhələsinə keçməsi müşahidə olunur.
Papillomalar- kəskin uclu  kandilomalardır. Kəskin uclu  kandilomalar balaca ətrəngli çıxıntı şəklində olub, cinsiyyət orqanlarında və arxa keçəcək ətrafında yarana bilirlər. Kişilərdə kəskin uclu kandilomalar ən çox cinsiyyət orqanının başcığında, başcıq tacında, pülük yüyənində, pülüyün daxili qatında əmələ gəlirlər. Kandilomaların müalicəsi bi neçə mərhələdən ibarətdir: götürülmə, residivəleyhinə müalicə,sağalmaya virusoloji nəzarət.
Kandilomaların götürülməsi bir neçə metodla aparıla bilər:

  1. Lazerokoaqulyasiya – lazer şualarının dəstəsi ilə kandilomalara təsir metodu. Şua təsiri altında kandiloma toxuması buxarlanaraq, yerində quru qabıq əmələ gətirir – strup.
  2. Radiodalğa metodu – kandilomaları tez və praktiki olaraq ağrısız götürülməsinə imkan yaradır.
  3. Krioterapiya – kandilomaların duru azotla götürülməsi.
  4. Diatermokoaqulyasiya – bu üsülda kandilomalar yüksəktezlikli şualanma və ya birbaşa  elektrik bıçaq vasitəsi ilə yüksək temperaturların təsirinə məruz qalırlar.

Sitotoksik preparatlar, immunostimulyatorlar təyyin olunur. O cümlədən kombinə olunmuş metodlardanda istifadə mümkündür – daha effektiv müalicə üçün bir neçə metodlardan istifadə. Əksər hallarda (90%) 6-12 ay ərzində öz-özünə sağalma baş verir.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur