Orxit


Orxit (orchitis) – xayaların iltlhabı.

Orxit əsasən ümumi infeksion virus xəstəliklərinin (epidemik parotit- svinka, qrip və s.) həmçinin cinsi yolla keçən xəstliklərin ağırlaşmaları zamanı yaranır. İltihabın xayalardan əlavələrə yayılması orxoepididimitin inkişafına səbəb olur. Aseptik orxit xayaların travmasından sonra yaranır.
Gedişatına görə kəskin və xroniki orxit  ayırd edilir.

  1. Kəskin orxit xayalarda qəfil ağrı, ölçülərin böyüməsi, bədən hərarətinin artması ilə başlayır.  Palpasiya zaman xaya ağrılı, xayalığın dərisi isti, şişkin, qızarmış olur. Toxum ciyəsi boyunca güclu ağrılar, titrətmə, bədən hərarətinin 39-400C dərəcəyə kimi artması müşahidə oluna bilər.
  2. Xroniki orxit zamanı ağrı orta şiddətli xarakterli olur. Xayanın ölçüsü böyümüş, palpasiya zamanı ocaqlı bərkimələr qeydə alınır. Periodik olaraq bədən hərarəti artır. Xəstəlik uzun müddət sürərsə xayaların atrofiyası, cinsi funksiyanın pozulması müşahidə oluna bilər. İkitərəfli xroniki orxit sonsuzluqla nəticələnə bilər.

Müalicə: Xəstə mütləq yataq rejiminə riayət etməlidir. Yerli olaraq 2-3 gün ərzində soyuq təyin edilir. Acılı və duzlu yeməklər, spirtli içkilər istisna olunur. İltihabəleyhinə və ağrıkəsici vasitələr, həmçinin geniş təsir dairəsinə malik olan antibiotiklər təyin olunur. 4-5 gündən sonra bədən hərarəti normallaşdıqda və kəskin əlamətlər sakitləşdiqdə, fizioterapik prosedurlar təyin edilir - isidici kompreslər, UYT-terapiya, parafin aplikasiyaları.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur