Mikoplazma


Mikoplazma (Mycoplasma hominis) – cinsi yolla keçən infeksion xəstəlikdir. Yoluxma əsasən vaginal, oral, anal cinsi əlaqə zamanı baş verir. Kontakt- məisşət yolu ilə yoluxma nadir hallarda baş verə bilər. İnkubasiya dövrün müddəti 3 gün - 1 ay və ya daha çox sürə bilər.
Kişilərdə sidik kanalının zədələnməsi baş verir. Sidik ifrazının uzunmüddətli ləngiməsi zamanı uretradan selikli, irinli ifrazatın xaric olması müşahidə olunur. Subyektiv olaraq uretrada cüzi qaşınma və ya göynəmə hissi qeyd olunur. Məlumdur ki, kişilərdə mikoplazmalar spermatazoidlərin fəaliyyətinin azalmasına, bəzi hallarda isə hətta onların məhv olmasına səbəb olurlar.
Mikoplazma aşağıdakı xəstəliklərə səbəb ola bilər:
Prostatit
Uretrit
Sistit
Orxit
Epididimit
Sonsuzluq

Urogenital mikoplazmanın müalicsəi kompleks şəkildə aparılmalıdır. Müalicədə mikoplazma infeksiyasına təsir edə bilən antibakterial vasitələrdən, orqanizmin müdafiə faktorlarını artıran imminomodulyator  vasitələrdən istifadə olunur. Ağırlaşmalar zamanı fizoterapevtik üsullardan istifadə olunur. Müalicəyə dəqiq diaqnoz qoyulduqdan sonra başlanılır. Müalicə zamanı xəstə spirtli içkilər, acı və duzlu yeməklərdən imtina etməlidir. İdmanla məşğul olmaq, ağırlıq qaldırmaq məsləhət görülmür. Cinsi əlaqə qadağandır. Müalicə bitdikdən sonra xəstələr 2-3 ay ərzində həkim nəzarətində olmalıdırlar. Təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, prezervativ effektiv vasitə olsada, zöhrəvi infeksiyalarda 100%-lik müdafiyəni təmin edə bilməz.
Daimi cinsi partnyor – Sizin sağlamlığınızın qarantıdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur