Hidrosel


Hidrosel – xaya  hidropsu, xaya qişaları arasında maye toplanması nəticəsində əmələ gələn uroloji xəstəlikdir. Xayalıqda toplanan mayenin həcmi bir neçə millilitrdən 1 litrə qədər, nadir hallarda isə daha artıq həcmə çata bilər. Xayalıq qişalarının hidropsu anadangəlmə və ya qazanılmış olur.

Anadangəlmə hidrosel –Ana bətnində xaya  qasıq kanalı ilə xayalığa düşür. Bu düşmə zamanı birlikdə sürüklənən qarın pərdəsi xayalığa qədər xaya ilə birlikdə düşür. Doğuşdan bir müddət sonra bu kanal bağlanaraq iplik kimi bir quruluş halını alır. Bu kanal bağlanmadıqda qarın boşluğu daxili maye bu boşluqda toplanır. Yeni doğulmuş uşaqda hidrosel aşkar olunarsa, müalicə aparılmır. Bəzən kanalın özü-özünə bağlanması nəticəsində mayenin sovrulması müşahidə olunur.

Qazanılmış hidrosel –xayalığın iltihabı xəstəlikləri, xayalıq və aralığın travmaları, xayalıqda limfatik drenajın pozulması nəticəsində baş verir. Xəstəliyin əsas əlaməti zədələnmiş tərəfdə xayalığın ölçülərinin böyüməsidir.
Anadangəlmə hidrosel zamanı mayenin həcmi gün ərzində artır, yuxudan sonra isə azalır.

Qazanılmış xriniki hidrosel zamanı  isə mayenin həcmi  daimi olur və ağrı hissi vermir. Kəskin hidrosel  xayalığın kəskin iltihabi xəstəlikləri zamanı (orxoepididimit , toxum ciyəsinin iltihabı) baş verir. Bu zaman xayalığın müvafiq hissəsinin qəfil böyüməsi  baş verir. Xəstə kəskin ağrı və bədən hərarətinin artmasını hiss edə bilər.

Xaya və onun artımlarının iltihabı xəstəlikləri zamanı baş verən xaya  hidropsunun müalicəsi əsas xəstəliyin müalicəsi ilə aparılır. Xəstənin rahatlığı üçün şərait yaradılmalı, antibakterial vasitələr təyin olunmalı və suspenzoriydən istifadə olunmalıdır.  Xayalığa, xüsüsən ilk 2-3 gün ərzində, soyuğun tətbiqi məsləhət görülür. Hidroselin əsas müalicə üsulu – cərrahi üsuldur.
Hal – hazırda hidroselin iki növ cərrahi müalicə üsulu vardır:

Vinkelman əməliyyatı: bu cərrahi müdaxilə zamanı xaya örtüyünün pərdələrindən birinin  müəyyən qatı ön hissədən yarılır, əks üzünə çevrilir və xayanın arxa hissəsinə tikilir. Bundan sonra mayenin toplanması bir daha baş vermir.
Berqman əməliyyatı: bu cərrahi müdaxilə zamanı xaya örtüyünün daxili pərdəsinin  bir hissəsi götürülür, qalan hissəsi isə tikilir. Əməliyyatdan sonrakı dövrdə antibakterial vasitələr təyin olunur və müəyyən vaxta qədər suspenzoridən istifadə olunur.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur