Herpes


Herpes (herpes  – sürünən, yayılan dəri xəstəliyi)- virus xəstəliyi olub, dəridə və selikli qişalarda xarakterik qrupşəkilli qovulcuqlu səpkiləri ilə xarakterizə olunur.  Herpes insanlarda ən geniş yayılmış xroniki virus infeksiyasıdır. Herpes immun sisteminə dağıdıcı təsir göstərir.  Herpes virusu illərlə, 10 illərlə özünü biruzə verməyə bilər. Xəstəliyin inkişafına soyuqdəymə, müqavimətin enməsi səbəb ola bilər.
Əksər hallarda virus:

  • Dərini
  • Gözləri
  • Burun və ağızın selikli qişasını
  • Cinsiyyət orqanlarının selikli qişasını
  • Mərkəzi sinir sistemini

zədələyir.

Ağız boşluğunu  və cinsiyyət orqanlarını zədələyə bilən  virusların 2 əsəas növü mövcuddur: 1. Birinci tip virus əsasən dodaq ətrafı nahiyəni zədələyir, buda dodaq ətrafında ağrılı səpkilərin yaranması ilə müşahidə olunur. Bəzən belə səpkilər burun dəliyi ətrafında və damaqlarda da yaranır. Həmçinin virusun bu tipi xəstəliyin genital formasının yaranmasınada səbəb ola bilər.
2. Herpesin genital formasının yaradıcısı 1-ci və 2-ci tip viruslardır. Xəstəlik genital və arxa keçəcək nahiyəsində xoralı səpkilər ilə aşkarlanır. Yüksək hərarət, baş və əzələ ağrısı, qaşınma və  göynəmə hissi qeydə alına bilər.

Müalicə: herpeslə mübarizə aparmaq üçün bilmək lazımdır ki – onu öldürmək qətiyən mümkün deyil. Herpesi müalicə etmək üçün immun sistemini aktivləşdirmək lazımdır ki, virus artımının qarşısı alınsın. İmuniteti normal vəziyyətdədirsə, sağalma prosesi 1-2 həftə çəkir. Herpesin müalicəsi kompleksli olmalıdır. Virusəleyhinə preparatlar, immunostimulyatorlar, ağrıkəsici vasitələr, məlhəmlər təyin olunur.
Müalicə olunmayan Herpes virus infeksiyası immun sisteminin funksiyasının pozulmasına qədər müxtəli ağırlaşmalara səbəb ola bilər. Bu günə qədər herpesin zəmanətli müalicə üsulu tapılmayıb.


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur