Epididimit


Epididimit (epididimis) - xaya nahiyyəsində iltihabi proseslə, qızartı, şişkinlik, ödem ilə müşahidə olunan xaya artımının iltihabıdır.
Xaya artımı xayanın üzərində yerləşir və palpasiya zamanı daraq formasında əllənir. Normada xaya artımı xayadan fərqli olaraq daha yumşaq olur. Xaya artımı xayalardan başlayan toxum çıxarıcı kanalların davamıdır.
Xaya artımının iltihabının səbəbləri müxtəlifdir:

  1. Durğunlu epididimit – çanaq və toxum çıxarıcı kanallarının venalarında qan dövranının pozulması. Durğunluq məmnuniyyət hissi ilə nəticələnməyən cinsi oyanaqlıq, qəbizlik, babasil, spirtli içkilərin qəbulu zamanı baş verə bilər.
  2. Xayalıq və xayaların travması.
  3. İnfeksion xəstəliklərin (qripp, pnevmoniya, angina və s.)  ağırlaşmaları.
  4. Sidik-cinsiyyət orqanlarının xroniki-iltihabi xəstəlikləri - uretrit, prostatit, vezikulit.
  5. Cinsi yolla keçən xəstəliklər.

Xəstəliyin gedişatına görə kəskin və xroniki formalar fərqləndirilir:
Kəskin epididimit xayalığın geniş travması və ya infeksion prosesin nəticəsində yaranır.
Kəskin epididimitin ilk əlaməti – xayada kəskin ağrılardır. Ağrılar qasığda, orta qarın, bel nahiyyəsindədə qeydə alınır. Xaya artımı böyümüş, gərginləşmiş, xüsusilə toxunduqda kəskin ağrılı olur. Hərarət 38-39 oC – yə kimi yüksəlir.
Xroniki epididimit çox vaxt kəskin müalicə olunmamış epididimitin qalıq əlamətidir. Kəskin əlamətlər keçdikdən sonra xayada, xüsusilə yeriyən və fiziki gərginlik zamanı artan, periodik, sızıldayan ağrılar müşahidə olunur. Xaya artımı bir qədər böyümüş və ağrılı olur. Hərarət 37oC artır. Epididimit zamanı xəstə yataq rejiminə riayət etməlidir, pəhriz saxlamalıdır, acı, duzlu və qızardılmış yeməklərdən, spirtli içkilərdən imtina etməlidir. Müalicə antibakterial preparatlar, vitaminlər vasitəsi ilə aparılır. Kəskin iltihab zamanı yerli soyuq tətbiq olunur – xayaya soyuq kompres və ya buz. Kəskin proses sakitləşdikdən sonra, yerli isti prosedurlar, fizioterapiya tətbiq olunur.   

 

 


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur