Düzgün necə qidalanmalı?


DÜZGÜN NECƏ QİDALANMALI?
Qidalanma orqanizmi enerji ilə təchiz etməklə orqanizmdəki  bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Qidalanma mövcudluğun zəruri şərtlərindən biridir və insan orqanizminin fiziki fəaliyyəti üçün vacibdir. Məlumdur ki, hər bir qidalanmanın əsasını təzə ərzaq məhsulları təşkil etməlidir.

DÜZGÜN QİDALANMAQ ÜÇÜN NƏ LAZIMDIR?
Qidalanmanın düzgün olması və xeyir verməsi üçün bir neçə qızıl qaydalara riayət etmək vacibdir:

  • Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul etmək;
  • Qidanı az miqdarda qəbul etməklə qənaətlənmək;
  • Qidanı yaxşı çeynəmək.

Yeməyə maye ilə başlamaq lazımdır (su, meyvə şirəsi və ya kompot). Meyvə və tərəvəz də yemək olar. Belə başlanğıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işə cəlb olunur və iştaha bir qədər azalır. Sonra çörək və qarnir olmadan  ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, paxlakimilər, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal çiy tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən 1 ½ saat sonra şirniyyat və içkilər qəbul etmək olar.

QIDALANMA NECƏ OLMALIDIR?
Qidalanma imkan daxilində təbii olmalıdır. Bu o deməkdir ki,  məhsulların tərkibində müxtəlif dad və boya qatışığı olan kimyəvi maddələr olmamalıdır. Fiziki-kimyəvi proseslər (duzlama, turşuya qoyma, hisə vermə və s.) məhsulların denaturasiyasına səbəb olur. İsti və ya çox soyudulmuş yeməyi qəbul etmək olmaz. Qidanın temperaturu ilıq olmalıdır. Yeməkdən sonra hərəkət maddələr mübadiləsinə səbəb olur. Yeməkdən yalnız 1 ½ saat sonra idmanla məşğul olmaq olar.
Düzgün qidalanmamaq hans xəstəliklərə səbəb ola bilər?
Düzgün qidalanmamağın nəticəsində ürək-qan dövranı sisteminin, beyin-qan damarlarının xəstlikləri, yüksək qan təzyiqi, diabet, qaraciyər sirozu, karies, prostatit və s. kimi xəstəliklər əmələ gəlir.

HANSI MƏHSULLAR DAHA XEYİRLİ HESAB OLUNUR?
Düzgün hazırlanma şərti ilə aşağıdakı məhsullar xeyirli hesab olunur:

  • Tərkibləri ballast maddələrlə zəngin və B, E vitaminləri daxil edən buğda kəpəyi və digər dənli məhsullar. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir.
  • Kartof: nişasta ilə yanaşı proteinlə də zəngindir, tərkibində B və E vitaminləri, dəmir və kalium var.  Məsləhət görülən hazırlanma qaydası – qabıqla bişmiş kartof.
  • Təzə tərəvəzlər, paxla və meyvələr.

Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir.
Tərəvəzlər, az kalorili olduqlarından, xüsusi ilə artıq çəkidən əziyyət çəkən insanlar üçün çox fayadalıdırlar.
Paxlakimililərin tərkibinə zülallar, vitaminlər (xüsusiylə də B), mineral maddələr- kalsium və fosfor, mikroelementlər – dəmir və mis daxildir. Lobyanın tərkibində zülal çox olduğu üçün vegeterianlar onu ətin layiqli əvəzedicisi hesab edirlər. Meyvələr öz tərkiblərində çox miqdarda  fruktoza topladıqlarından nisbətən daha kalorilidirlər. Meyvənin növündən asılı olaraq tərkibi fərqli olur. C vitamini ilə daha zəngin olan sitrus meyvələridir. Quru meyvələr həzm prosesinin pozulması zamanı faydalıdırlar. Meyvələri alan zaman onların xarici görünüşünü əsas götürmək lazım deyil. Görünüşü gözəl olan meyvə və tərəvəzlərin tərkibində sağlamlıq üçün  zərərli olan maddələrin miqdarı daha çox olur.
Süd məhsulları: pendir, kəsmik və s. kalsium ilə zəngindirlər. Vitamin B12, karotin və əsas amin turşuları  süd məhsullarını bioloji cəhətdən dəyərli məhsul edir.

Düzgün qidalanma – sağlamlığı bütünlüklə hiss etməkdir, istənilən yaşda enerji, sağlamlıq və gözəllikdir. Orqanizmdə sağlamlığa səbəb olan tarazılıq düzgün qidalanmadan başlayır. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır.
Düzgün qidalanmanın əsas formulası – özünüzü əlavə kalorilərlə yükləməyin və çox hərəkət edin!

Əsas məqsəd – sizin sağlamlığınızdır!!!


Digər məqalələr

Hal-hazırda qarşılaşdığınız xüsusi sağlamlıq məsələsindən asılı olmayaraq, biz sizə əvvəlcədən təyin edilməsi, məsləhətləşmələr verməkdən çox məmnun olacağıq!

Əlaqə

    Bakı, Azərbaycan

    Bazar ertəsi - Cümə 09.00-18.00


2019 © Bütün hüquqlar qorunur